Son 30 ildə Rusiya iqtisadiyyatından 1 trln. dollardan çox kapital axını olub

Son 30 ildə Rusiya iqtisadiyyatından 1 trln. dollardan çox kapital axını olub
# 29 yanvar 2018 09:14 (UTC +04:00)

"Son 30 il ərzində Rusiya iqtisadiyyatından kapital axınının həcmi 1 trln. dollardan çox olub".

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası prezidentinin müşaviri Sergey Qlazyev Moskvada keçirilən “World Blockchain and Cryptocurrency Summit” çərçivəsində bildirib.

“Siz bilirsiniz ki, Rusiya dünyada ən varlı ölkədir. Biz 30 il ərzində dünya maliyyə sisteminə Rusiyadan çıxarılan 1 trilyondan çox dollar hədiyyə etmişik. Düzünü desək, onların harada olduğunu pis bilirik. Ancaq bilirik ki, təxminən trilyon yarım dollar ofşorlar və Rusiya iqtisadiyyatı arasında dövriyyə edir. Bu dövriyyə isə gündəlik olaraq təxminən onlarla milyard dollar təşkil edir. Trilyonun ikinci hissəsi isə naməlum istiqamətdə ümumiyyətlə buxarlanıb. Təbii ki, bu vergi xidmətini narahat edir. Belə çıxır ki, bizim ölkədən nə qədər çox pul axın edirsə, yerdə qalanlara vergi yükü daha çox artmalı olur. Bu, ədalətli deyil”, - deyə o bildirib.

S. Qlazyevin sözlərinə görə, rəqəmsal pulların yaranması pul axınına tam olaraq nəzarət etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR