Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 03 dekabr 2016 08:33 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Həsənov Aytəkin Zirəddin oğlu yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR