Qubada iki maşın toqquşub, ata və azyaşlı oğlu xəsarət alıb

Qubada iki maşın toqquşub, ata və azyaşlı oğlu xəsarət alıb
# 01 aprel 2018 21:19 (UTC +04:00)

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun Qubanın Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə minik maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan ata və azyaşlı oğlu xəsarət alıb. 1989-cu il təvəllüdlü Xalid Məmmədov və onun 3 yaşlı oğlu ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR