Azərbaycan prezidenti Mövlud Çavuşoğlunu qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Mövlud Çavuşoğlunu qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2016 16:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb: “Mən buraya gəlməzdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab prezident bizi qəbul edəcək. O dedi ki, cənab prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”

Dövlət başçısı Türkiyə prezidentinə cansağlığı arzulayıb: “Bilirsiniz ki, hörmətli prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”. Prezident İlham Əliyev iki ölkənin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.

**** 17.32

Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

APA-nın məlumatına görə, ölkə başçısı türkiyəli nazirlə bir sıra məsələləri müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR