HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib

HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib
# 19 sentyabr 2017 07:50 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, nazirliyin rəhbərliyi ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə də tanış olub.


Sonra müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR