"Moody`s" Azərbaycanın bank sistemi ilə bağlı proqnozunu "stabil"dən "neqativ"ə endirib

"Moody`s" Azərbaycanın bank sistemi ilə bağlı proqnozunu "stabil"dən "neqativ"ə endirib
# 30 iyun 2015 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi ilə bağlı proqnozunu "stabil"dən "neqativ"ə endirib.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin yaydığı Azərbaycanın bank sistemi ilə bağlı proqnozunda ("Banking System Outlook: Azerbaijan") bildirilir.

Ekspertlər hesab edir ki, buna səbəb dünya birjalarında neftin qiymətinin azalması, manatın devalvasiyası, həmçinin bank sektorunun aktivlərinin keyfiyyətsizləşməsi və s. bu kimi amillər göstərilir.

Analitiklər hesab edir ki, Azərbaycan manatının devalvasiyası bankların portfelinə kifayət qədər böyük zərbə vurub.

"Azərbaycanda növbəti devalvasiya dalğası bankların aktivlərinin keyfiyyətini daha da pisləşdirəcək. Çünki borclananların əksəriyyətinin valyuta gəlirləri kifayət qədər böyük deyil. Təbii olaraq, problemli kreditlərin səviyyəsi də durmadan artacaq", - deyə hesabat müəllifləri qeyd edir.

Qeyd edilir ki, yaranacaq vəziyyət bankların gəlirlərinə mənfi təsir edəcək, o cümlədən bazardakı oyunçuların bir çoxuna kapitallaşma ilə bağlı problemlər yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR