Yaponiyada leysan yağışları qurbanlarının sayı 35 nəfərə çatıb - YENİLƏNİB-2

Yaponiyada leysan yağışları qurbanlarının sayı 35 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 07 iyul 2018 11:05 (UTC +04:00)

Yaponiyada leysan yağışlar nəticəsində 35 nəfər ölüb.

APA-nın “NHK” telekanalına istinadən verdiyi xəbərə görə, 4 nəfər ağır vəziyyətdədir. 47 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda 48 min polis, xüsusi mühafizə qüvvələri, yanğından mühafizə xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.

Baş nazir Şinzo Abe daşqınlardan təsirlənən ərazilərdə vəziyyətin olduqca ciddi qiymətləndirib.

Qeyd edək ki, cümə günündən başlayan güclü yağışlar Yaponiyanın mərkəzi və cənub-qərb hissələrində ciddi fəsadlar törədib.

***

Saat 07:48

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.

Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.

***

05:16

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, azı 38 nəfər itkin düşmüş hesab olunur.

***

03:36

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri 4 nəfərin həyatına son qoyub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 38 nəfər itkin düşmüş hesab olunur.

Ölkənin bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR