Lənkəranda "Grand Tiger" markalı avtomobil piyadanı vurub öldürüb - YENİLƏNİB

Lənkəranda "Grand Tiger" markalı avtomobil piyadanı vurub öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2016 19:04 (UTC +04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 17-də saat 20.30 radələrində Ələt-Astara magistralının şəhərin Ləvəngi dairəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Kənan Vidadi oğlu Qasımovun idarə etdiyi “"Grand Tiger" markalı, 90 ZL 306 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 1937-ci il təvəllüdlü Müzəffər Fayaz oğlu Əliyevi vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

**** 20.41

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada müxtəlif xəsarətlərlə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon bölməsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR