NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıya gələcək

NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıya gələcək
# 22 sentyabr 2017 09:31 (UTC +04:00)

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıya gələcək.

Bu barədə APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda sentyabrın 26-da Bakıda keçiriləcək tədbirdə iştirak etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR