Tanışının ölümünə səbəb olan şəxsə hökm oxunub

Tanışının ölümünə səbəb olan şəxsə hökm oxunub
# 08 dekabr 2017 10:12 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışın başına araq butulkası vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmazda baş verib. Rayonda fəhlə kimi çalışan Sərxan İsmayılovla Əlihüseyn Əzizli arasında kafedə insident yaranıb.

Sərxan İsmayılov araq butulkasını Ə. Əzizlinin başına çırpıb. Ə. Əzizli aldığı zərbədən xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 3 gün sonra isə xəstəxanada ölüb.

Sərxan İsmayılov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR