“CDB Bank” öhdəliklərini kəskin artırıb

“CDB Bank” öhdəliklərini kəskin artırıb
# 10 aprel 2017 14:25 (UTC +04:00)

“Caspian Development Bank” (CDB Bank) 2017-ci ilin I rübünün göstəricilərini açıqlayıb.

APA-Economics”in verdiyi xəbərə görə, 2017-ci il aprelin 1-nə bankın aktivlərinin həcmi 142,368 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,6% çoxdur.

Bankın kredit portfeli hesabat dövründə 26% artaraq 107,439 mln. manat, depozit portfeli isə 40,6% artaraq 45,083 mln. manat olub. Bankın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 75,923 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 37% artım deməkdir.

Yanvar-mart ayları ərzində bankın gəlirləri 909,190 min manat, xərcləri isə 1,523 mln. manat olub.

Qeyd edək ki, “Caspian Development Bank” cari ilin I rübünü 652,72 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR