Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb
# 06 iyul 2017 12:30 (UTC +04:00)

İrandan Azərbaycana piyada gələn İran vətəndaşından dərman qutularından güclü təsiredici maddə və narkotik vasitə çıxıb

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR