Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlərinin sayı artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlərinin sayı artıb
# 10 may 2018 09:03 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı Birliyin fəaliyyəti barədə sığortaçılara məlumat verilib. Daha sonra Birliyə üzv olmaq üçün müraciət edən sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olan “Efendi Leqal and İP Consultancy” MMC və “Proqress sığorta agentliyi” MMC-nin üzvlük məsələsi müzakirə edilib və sonda “Efendi Leqal and İP Consultancy” MMC-nin üzvlüyə qəbul edilməsi qərara alınıb.

Müşahidə Şurasının ən əhəmiyyətli hadisələrindən biri "Vasitəçilər komitə"sinin yaradılması barədə müzakirə təşkil edib. Görüş iştirakçıları sığorta vasitəçilərinin artıq üzvlük status almasını əsas gətirərək ASA-da məhz onların məsələləri ilə məşğul olacaq xüsusi bir qurumun yaradılmasını təklif ediblər. Müzakirələrin yekununda ASA-da "Vasitəçilər komitəsi"nin yaradılması qərara alınıb.

Bununla yanaşı, ASA-ya üzv şirkətlərin üzvlük haqları ilə bağlı məsələ də müzakirə predmeti olub. Sığorta şirkətlərinin üzvlük haqqı borcunun mövcudluğu onların işgüzar nüfuzuna xələl gətirə biləcək bir məsələ olduğu vurğulanıb və qısa müddətdə haqların ödənilməsi şirkətlərə tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR