Donald Tusk: “ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyirik”

Donald Tusk: “ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyirik”
# 06 fevral 2017 15:30 (UTC +04:00)

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, görüşdə münaqişənin sülh yolu ilə həlli də müzakirə edilib: “Bu münaqişə dayanıqlı deyil. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq hüququn normalarına əsaslanan siyasi həll tələb edir”.

D. Tusk görüşdə Azərbaycanda insan haqları və fikir azadlığı daxil olmaqla, əsas fundamental azadlıqların vəziyyətinin müzakirə edildiyini də söyləyib: “Biz hesab edirik ki, açıq cəmiyyət stabillik və rifah üçün əsas qarantdır. Biz bu məsələdə də əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Bu, qonşuluğumuzda qarşılaşdığımız çağırışlar fonunda çox vacib dəyərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR