Zakir Həsənov nasizmin qurbanı olmuş yəhudilərin xatirə memorialını ziyarət edib

Zakir Həsənov nasizmin qurbanı olmuş yəhudilərin xatirə memorialını ziyarət edib
# 12 sentyabr 2017 09:02 (UTC +04:00)

İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.

MN-dən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR