Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 32%-ə yaxın artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 32%-ə yaxın artıb
# 16 dekabr 2019 17:50 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4 181,07 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 628,4 mln. dollar və ya 17,7% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 72,6 mln. dollar və ya 7,16% artaraq 1 086,5 mln. dollar, idxal isə 555,7 mln. dollar və ya 21,9% artaraq 2 538,8 mln. dollar təşkil edib.

Nəticədə hesabat dövründə 2 008,07 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 483,1 mln. dollar və ya 31,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR