“Müharibə veteranlarına 80 manat müavinət verilir. Bu müavinət artsa, yaxşı olar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Çünki bu müavinət təyin edilən dövrlə indiki qiymətlərdə dəyişiklik olub. Nəqliyyat-yol xərcləri artıb”, - deyə deputat bildirib.