Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda mənzildə qadın meyiti aşkarlanıb
# 23 dekabr 2016 16:19 (UTC +04:00)

Bakının Nəsimi rayonunda mənzildə qadın meyiti aşkarlanıb.



APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və 1948-ci il təvəllüdlü Abbaszadə Rahilə Bəhram qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR