Ankaranın bələdiyyə başçısı Melih Gökçek istefa verib

Ankaranın bələdiyyə başçısı Melih Gökçek istefa verib
# 28 oktyabr 2017 14:10 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə başçısı Melih Gökçek bu gün vəzifəsindən istefa verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, M. Gökçek 8617 gündür tutduğu vəzifəni prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə tərk etdiyini açıqlayıb. “İstefamı Rəcəb Tayyib Ərdoğan istədi. Əmr dəmiri kəsər. Uğursuz çalışdığım üçün, yorğun olduğum üçün getmirəm, sadəcə, ölkəmi lider ölkə edəcəyinə inandığım Ərdoğanın tələbini yerinə yetirirəm. Liderimiz Ərdoğanın əmrinə əməl edərək bələdiyyə başçısı vəzifəsindən ayrılıram ”, - deyə o, vida çıxışında söyləyib.

Qeyd edək ki, M. Gökçek 23,5 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl İstanbul və Bursa bələdiyyələrinin hakim partiyadan olan rəhbərləri də istefaya gedib. Balıkəsir bələdiyyə başçısının da istefa verəcəyi və ya vəzifəsindən kənarlaşdırılacağı gözlənilir.

Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının lideri və prezident R. T. Ərdoğan bir müddət öncə bəzi partiya mənsubları və bələdiyyə başçılarında “metal yorğunluğu” olduğunu bəyan edərək partiya daxilində yerdəyişmələrə başlayıb. Bu yerdəyişmələr 2019-cu ildə keçiriləcək bələdiyyə, parlament və prezident seçkilərinə hazırlıq kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR