BDU-nun Şərqşünaslıq fakültəsində ibri şöbəsinin açılmasının 20 illik yubileyi qeyd olunub

BDU-nun Şərqşünaslıq fakültəsində ibri şöbəsinin açılmasının 20 illik yubileyi qeyd olunub
# 19 noyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində ibri şöbəsinin açılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov çıxış edərək bildirib ki, şərqşünaslıq fakültəsində ibri şöbəsi 1993-cü ildən açılıb, sonra 3 ildən bir, 2003-cü ildən isə hər il qəbul aparılıb.

1997-ci ildən magistr hazırlığına başlandığını deyən rektor qeyd edib ki, indiyədək bakalavr pilləsini 67, magistraturanı isə 13 nəfər bitirib: “Hazırda ibri şöbəsində 32 tələbə və 2 magistrant təhsil alır. Bu şöbədə ibri dili və ədəbiyyatı ilə yanaşı, İsrailin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, siyasi sistemi və s. tədris olunur. Bu dili tədris edən müəllimlər, o cümlədən tələbələr BDU ilə Xayfa, Yerusəlim və Təl-Əviv universitetləri arasında imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, davamlı olaraq yay kurslarında iştirak edirlər. İbri dili məzunlarından 2 nəfər Fransada, 3 nəfər Türkiyədə magistraturaya daxil olub, 4 nəfər AMEA institutlarının dissertantıdır”.

İsrailin Azərbaycandakı səfir Rafael Harpaz İsraildən kənarda, BDU-da ibri dilinin tədris olunmasını yüksək qiymətləndirib. Azərbaycanın sürətli inkişaf etdiyini deyən səfir iki ölkə arasında bütün sahələr, o cümlədən təhsil sahəsində də qarşılıqlı münasibətlərin olduğunu qeyd edib. Onun fikrincə, hər bir dövlətin inkişafı üçün təhsil və onun inkişafı çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR