BMT baş katibi Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü münasibəti ilə müraciət yayıb

BMT baş katibi Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü münasibəti ilə müraciət yayıb
# 25 noyabr 2013 14:26 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibəti ilə müraciət yayıb.

BMT-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qadınlara və qızlara qarşı zorakılığın birbaşa fərdlərə mənfi təsir etməklə yanaşı, bütünlükdə bəşəriyyətə ziyan vurduğu bildirilib: “Bu qlobal problemə cavab olaraq mən, 2008-ci ildə “Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləş” adlı kampaniyamı başlatdım. O vaxtdan bəri dünyadakı tərəfdaşlarımız qadın və qızların hüquqlarının qorunması və zorakılıqdan azad həyat sürmələri üçün bizim mübarizəmizə qoşulublar.

Mən, təxminən üç qadından birinin həyatına təsir edən zorakılığa son qoyulması üçün uca səslə edilən çağırışları alqışlayıram. Mən düşüncə tərzinin dəyişməsi üçün qanunlar qəbul edərək onun işlək olmasına kömək edən liderləri alqışlayır, qurbanlara şəfa verən və onları dəyişikliyin bələdçisinə çevirən qəhrəmanları qiymətləndirirəm.

Ötən ay, Birləşmiş Millətlər Təşkilatı Günündə, mən belə bir qəhrəmanla yenidən görüşmək şərəfinə nail oldum – Doktor Denis Mukvegenin Konqo Respublikasında təsis etdiyi “Panzi” hospitalına qadınlar dəhşətli işgəncəyə məruz qaldıqdan sonra daxil olurlar. Doktor Mukvege deyib ki, onlar çox hallarda biz göz yaşlarına qərq olurlar. Qadınlara çox güclü xəsarət yetirilir. O müalicə etdiyi qadınların cəsarətindən və əksəriyyətinin başqaları üçün də kömək etməyə çalışmasından ilham alır.

Doktor Mukvgenin qadınlara qarşı zorakılığın azaldılması ilə məşğul olması silahlı münaqişə şəraitinə düşməsinə baxmayaraq, onun problemə qarşı mübarizəsi və həllinə çalışmaq əzmi qadınların evdə, məktəbdə və dünyada başqa mülki mühitlərdə, hər bir ölkədə, və cəmiyyətdə üzləşdiyi zorakılığın azaldılmasına kömək etmək istiqamətində səylərimizi gücləndirməlidir. Ənənəvi olaraq, bu gün 16 günlük fəallıq aksiyasının başlanmasıyla qeyd olunur. 25 noyabr tarixindən 5 dekabr tarixinədək - İnsan Hüquqları Günü- ən kobud insan hüququ pozuntusu sayılan qadın zorakılığına qarşı mübarizə aparılması üçün səylərimizi xüsusi olaraq gücləndiririk. Bu il narıncı rəngdə geyinərək məlumatlılığı artırmaq işinə sadiq qaldığımızı nümayiş etdiririk”.

Baş katib qeyd edib ki, bu məsələdə fərq yaratmağın bir yolu da, insan hüquqlarının pozulmasının qarşısının alınmasına kömək edən və fiziki sağlamlıqdan tutmuş iqtisadi təhlükəsizliyə kimi ehtiyacların ödənilməsi üçün çalışan BMT-nin Qadınlara Qarşı Zorakılığa Son Qoyulmasına Yardım Fondunu dəstəkləməkdir: “Bu fonda qrant almaq üçün müraciət edənlərin sayı iki dəfə artdığı halda, onun buna qədər ayırmış olduğu maliyyənin həcmi 60 faizə qədər azalıb. Mən bütün tərəfdaşlarımıza, qadınlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılması işini təkmilləşdirmək üçün ehtiyac duyulan resursların əldə olunması istiqamətində kömək etmələrini xahiş edirəm.

Beynəlxalq Qadınlara qarşı zorakılığın Aradan Qaldırılması Günü, hər kəsin qadın və qızlara qarşı zorakılığın bütün növlərinin qarşısını alınması və dayandırması üçün yenidən öhdəlik götürməsi imkanıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR