Azərbaycan Əfqanıstanda dünya parlamentarlarının konfransının keçirilməsinə dəstək verib

Azərbaycan Əfqanıstanda dünya parlamentarlarının konfransının keçirilməsinə dəstək verib
# 21 may 2014 08:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Bakıda səfərdə olan Əfqanıstan Milli Məclisinin yuxarı palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haressin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən APA-ya verilən məlumata görə, Z. Əsgərov bildirib ki, Azərbaycan Əfqanıstanın sosial, iqtisadi sahədə inkişaf etməsi üçün hər zaman dəstək göstərib və bundan sonra da göstərəcək. O, Əfqanıstan dövlətinə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul olunmasında və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən göstərdiyi dəstəyə görə təşəkkür edib.

Z. Əsgərov diqqətə çatdırıb ki, Əfqanıstanın təhlükəsizliyi dünya üçün çox əhəmiyyətlidir və bu ölkədə sabitliyin, sülhün bərqərar olması üçün yaradılmış “İstanbul Prosesi”nin iştirakçılarından biri də Azərbaycandır.

N. A. Haress isə Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini söyləyib. Onun sözlərinə görə, Azərbaycana səfərlərinin məqsədi regionda baş verən terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizə təşkil etmək, bölgənin təhlükəsizliyinə, sabitliyə töhfə vermək üçün Kabulda dünya ölkələrinin parlamentaralarının konfransının keçirilməsinə dəstək almaqdır.

Ziyafət Əsgərov erməni terrorundan əziyyət çəkən və ərazisinin bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını vurğulayaraq bəyan edib ki, narkotik vasitələrə qarşı mübarizə ölkənin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR