İvanişvili konstitusiya düzəlişlərinə dair keçiriləcək səsvermədə 140 səs toplayacağına ümid edir

İvanişvili konstitusiya düzəlişlərinə dair keçiriləcək səsvermədə 140 səs toplayacağına ümid edir
# 06 mart 2013 05:01 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq konstitusiya düzəlişlərinə dair səsvermədə 140 səs toplayacağına ümid edir. APA-nın “Qruziya Onlayn”a istnadən verdiyi xəbərə görə, bu barədə Bidzina İvanişvili “İmedi” telekanalına müsahibəsində bildirib.

“Biz mütləq çoxluq əldə edəcəyik, 100-dən də çox səs toplayacağıq – 120, 130 və hətta 140 səs toplayacağıq. Bu mənim mövqemdir”, deyə Bidzina İvanişvili qeyd edib.

Konstitusiya düzəlişləri baş nazirin və prezidentin komandaları arasında ziddiyyət doğuran əsas məsələlərdən biridir. Düzəlişlər prezidentin hökuməti parlamentdən kənar təyin etmək səlahiyyətini məhdudlaşdırmağı nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR