Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi rəhbərinin Çinin “Youth Daily” qəzetində müsahibəsi dərc olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi rəhbərinin Çinin “Youth Daily” qəzetində müsahibəsi dərc olunub
# 17 iyun 2015 10:07 (UTC +04:00)

Bakı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru, professor Azad Məmmədovun Çin Xalq Respublikasının “Youth Daily” qəzetində müsahibəsi dərc edilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, A. Məmmədov müsahibəsində Azərbaycanın multikulturalizm siyasətindən, BBMM-in yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələri barədə geniş məlumat verib.

O qeyd edib ki, qədim zamanlardan Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, ölkəmizdə kilsələr, məscidlər, sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanın multikulturalizm modelinin bütün dünya üçün nümunə olduğunu bildirən icraçı katib, ölkəmizdə etnik müxtəlifliyin və multikulturalizmin qorunub inkişaf etdirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb.

A. Məmmədov Azərbaycanın bütün etnik qrupların dillərinin, mədəniyyətlərinin və adət ənənələrinin qorunması üçün bir çox tədbirlər gördüyünü və multikultural inkişafın qanunvericilikdə hüquqi təminat tapmasına şərait yaratdığını söyləyib.

Müsahibədə 14 may 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkənin multikulturalizm siyasətinin gerçəkləşməsində vacib mexanizm olması, Mərkəzin bu istiqamətdə gerçəkləşdirdiyi layihələr barədə geniş söhbət açılıb. Qeyd olunub ki, Multikulturalizm Mərkəzinin xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn 7 xarici ölkədə uğurla tədris edilib və BBMM Çin universitetləri ilə də bu sahədə əməkdaşlıq etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR