Bahar Muradova: “ATƏT-in miqrant probleminin həlli ilə bağlı operativ mexanizmi yoxdur”

Bahar Muradova: “ATƏT-in miqrant probleminin həlli ilə bağlı operativ mexanizmi yoxdur”
# 02 iyul 2016 11:36 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tbilisidə ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Serbiyadan olan məruzəçi Qordana Komiç məruzə ilə çıxış edib. O, çıxışında siyasi, iqtisadi, ekoloji, humanitar aspektlər, insan haqları, miqrantların hüquqlarının müdafiəsi məsələlərinin ATƏT-in aktual vəzifələri olduğunu deyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, ATƏT-in və digər regional təşkilatların qaçqın, məcburi köçkün və miqrantların problemlərinin həlli ilə bağlı operativ iş mexanizmi yoxdur. Digər Azərbaycan nümayəndəsi, Milli Məclisin deputatı Kamran Nəbizadə Azərbaycanda qaçqın və məcburi köçkün problemlərinin həllindən danışıb. O, miqrant problemlərini həll etmək üçün ATƏT çərçivəsində səyləri birləşdirməyin vacib olduğunu söyləyib. K. Nəbizadə 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu nəzərə çatdırıb və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən bu il ərzində Bakıda dinlərarası dialoq mövzusunda tədbir keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR