Kanadanın kredit agentliyi STAR neft-emalı zavodunun tikintisi üçün cəlb olunacaq kreditin əsas təminatçısı seçilib

Kanadanın kredit agentliyi STAR neft-emalı zavodunun tikintisi üçün cəlb olunacaq kreditin əsas təminatçısı seçilib
# 12 dekabr 2014 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Kanadanın Export Development Canada (EDC) ixrac kredit agentliyi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlığa başlayıb.

APA-Economics”in məlumatına görə, agentliyin yaydığı məlumatda deyilir ki, agentlik ARDNŞ-in Türkiyədə layihəsinin reallaşdırılması üçün bank konsorsiumundan kreditin cəlb olunmasına dair əsas təşkilatçı qismində çıxış edib.

Belə ki, EDC agentliyi ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji”nin İzmirdə STAR neft-emalı zavodunun tikintisi üçün bank konsorsiumu tərəfindən 3,3 mlrd. dollar məbləğində kreditin verilməsinin aparıcı təşkilatçısı qismində çıxış edib.

Kredit çərçivəsində EDC 150 mln. dollar məbləğində kredit təqdim edir. Bu, bir zamanlar Türkiyədə həyata keçirilən ən iri layihə maliyyələşdirilməsinə dair sazişdir.

Məlumatda həmçinin deyilir ki, EDC-nin STAR-ın tikintisi layihəsinin maliyyələşdirilməsində iştirakı agentliyə ARDNŞ ilə “konstruktiv münasibətlər qurmağa imkan yaradacaq. Bu isə gələcəkdə Kanadadan alınmalar imkanlarını mühüm dərəcədə artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR