Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Avqust - <span style="color: red;">VİDEO
# 23 avqust 2014 17:05 (UTC +04:00)

Yaxın Şərqin xəritəsini yenidən cızanlar bu coğrafiyada orta əsrlərə xas qaydaların bərqərar olmasını istəyir. 21-ci əsrin inkişaf etmiş superdövlətlərinə, transmilli korporasiyalara 15-ci əsrin qaydalarının hökm sürdüyü cəmiyyətləri idarə etmək daha asandır. Yaxın Şərqdə hədəf belə cəmiyyətlərin formalaşdırılmasıdır. Daha doğrusu, Ortadoğu coğrafiyası zatən bu tip cəmiyyətlərlə doludur, hədəf bu coğrafiyada orta əsrlər yaşam tərzini daha da dərinləşdirməkdir.


İŞİD terror təşkilatının atdığı addımlar bu mənada Yeni Ortadoğu layihəsini həyata keçirənlərin maraqlarına cavab verir. Baş kəsərək edam etmək, zina edən şəxsləri daş-qalaq edərək öldürmək, oğurlanmış qadınları hərraca çıxarmaq... Bu orta əsr üsullarını tətbiq edən İŞİD, bu addımları geninə-boluna tirajlayan isə Qərb mediasıdır. Başqa vaxt sosial mediada, kütləvi informasiya vasitələrində zorakılıq görüntülərinin yayımlanmasına qarşı olan Qərb nədənsə İŞİD-in bu barbarlıqlarını geninə boluna yayımlayır və yayılmasına da heç bir məhdudiyyət qoymur. Çünki reallıq budur - Qərb mediasının mesajı öz cəmiyyətlərinə deyil, hədəf kütlə olaraq seçdikləri Şərq cəmiyyətlərinə ünvanlanıb. O cəmiyyətlərə ki, bu cəza üsulları, yaşam mühiti onlara yad deyil və yüksək texnologiyalar dövrünə rəğmən hələ də təfəkkürcə orta əsrlərdə yaşayırlar. Demək ki, düçar olduğu bəlalarda Orta Şərqin özü də günahkardır, mühafizəkar dəyərlərə bu qədər tapınmaq sonda bumeranq effekti doğurur və Şərqin öz başında çatlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR