Cəlilabadda "KamAz" 8 yaşlı uşağı vurub

Cəlilabadda "KamAz" 8 yaşlı uşağı vurub
# 06 oktyabr 2015 20:43 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 6-da axşam saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "KamAz" markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Faiq oğlu Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

8 yaşlı Aqşin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR