Tacikistanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”

Tacikistanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”
# 02 iyul 2016 12:14 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Tacikistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini davam etdirir. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”.

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

S. Aslov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ikitərəfli görüş zamanı əsas müzakirə mövzusu olub: “Mən insan itkiləri ilə nəticələnən son dövrlərdəki gərginliklə bağlı narahatlığımı ifadə etmişəm. Bu münaqişə ilə bağlı bizim mövqeyimiz prinsipialdır. Bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq sülh yolu ilə həll edilməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR