Belarus prezidenti Gürcüstanda səfərdədir

Belarus prezidenti Gürcüstanda səfərdədir
# 22 aprel 2015 19:03 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qonağı təyyarə limanında Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze, xarici işlər naziri Tamar Beruçaşvili və prezident administrasiyasının rəhbəri David Pataraya qarşılayıb. Məlumata görə, sabah Belarus prezidenti Tiflisdəki Avlabar iqamətgahında Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Hər iki ölkə prezidenti təkbətək görüşəcək və sonra geniş formatda danışıqlar aparılacaq.

Həmin gün A. Lukaşenko həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili, katalikos-patriarx II İrakli ilə görüşlər keçirəcək, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanlara qoyulan abidə önünə əklil qoyacaq. Aprelin 24-də isə A.Lukaşenko Batumiyə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR