Azərbaycanın ən iri holdinqlərindən biri nizamnamə kapitalını artırır

Azərbaycanın ən iri holdinqlərindən biri nizamnamə kapitalını artırır
# 24 oktyabr 2014 14:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “AtaHoldinq” ASC-nin səhm emissiyasını qeydə alıb.

APA-Economics” QKDK-ya istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 2 manat olan 35 759 000 ədəd səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emissiya baş tutsa, “AtaHoldinq”in nizamnamə kapitalı 71 mln. 518 min manat artaraq 155,4 mln. manata yüksələcək.

Qeyd edək ki, hazırda “AtaHoldinq”in nizamnamə kapitalı 83,9 mln. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR