Bakıda oğurluqda şübhəli bilinən 5 nəfər tutulub

Bakıda oğurluqda şübhəli bilinən 5 nəfər tutulub
# 23 iyun 2012 11:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Samir Həsənzadə, Elvin Məmmədov, Oruc Rüstəmov və Kənan Bayramzadəni saxlayıblar.

Səbayel rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rüfət Əhmədov və Bakı şəhər sakini Qalib Kərimov tutulub.

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Vyaçeslav Nesterov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR