Çində zəlzələ qurbanlarının sayı 64 nəfərə çatıb

Çində zəlzələ qurbanlarının sayı 64 nəfərə çatıb
# 07 sentyabr 2012 20:40 (UTC +04:00)
Bakı-APA. Çində zəlzələ qurbanlarının sayı 64 nəfərə çatıb, 715 nəfər isə yaralanıb.

Daha öncə 43 nəfərin həlak olduğu bildirilirdi.

Çində bu gün Yunnan və Quyçjou əyalətlərində 5,6 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində təxminən 20 min yaşayış evi dağılıb, bir sıra rayonlar elektriksiz qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR