Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb
# 27 fevral 2012 10:20 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın «2011-ci il üzrə Pul siyasəti İcmalı»nda deyilir.

İcmalda göstərilir ki, dünya bazarlarında neftin yüksək qiyməti fonunda ölkənin xarici iqtisadi mövqeyi əlverişli olub. Strateji valyuta ehtiyatlarının böyüməkdə davam etməsi ölkənin iqtisadi dayanıqlığını daha da yüksəldib və potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. İqtisadi artım davam edib və tamamən qeyri-neft sektorundan qaynaqlanıb.

Ötən il Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirib. Mərkəzi Bank fəaliyyətini pul və maliyyə sabitliyi siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirməsinə yönəldib.

İcmala əsasən, hesabat ilində qlobal əmtəə qiymətlərinin artımını və məcmu tələbin genişlənməsini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti həyata keçirib: «Nəticədə, inflyasiya təkrəqəmli səviyyədə qalıb. Makro-maliyyə sabitliyinin mühüm amili olan manatın mübadilə məzənnəsi stabil olub. Bank sektoru yüksək maliyyə dayanıqlığı göstərib və maliyyə resurslarına çıxış imkanlarını genişləndirib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR