Şotlandiya hökuməti Böyük Britaniyadan ayrılmaq üçün kampaniyaya başlayıb

Şotlandiya hökuməti Böyük Britaniyadan ayrılmaq üçün kampaniyaya başlayıb
# 26 may 2012 00:48 (UTC +04:00)
Bakı-APA. Şotlandiyanın birinci naziri Aleks Selmond rəsmi olaraq «Bəli!» kampaniyasına başlandığını elan edib. Bu kampaniya şotlandları referendumda Böyük Britaniyadan ayrılmağa inandırmalıdır.

«Şotlandiyanın inkişafı və gələcəyi barədə qərarları buranın sakinləri qəbul etməlidirlər», deyə Selmond bildirib.

Selmondun müavini Nikola Stercenin fikrincə, müstəqillik Şotlandiyaya güclü və rəqabətədavamlı ölkə olmağa kömək edəcək.

Şotlandiyada hazırda millətçilər hakimiyyətdədirlər. Londonla fikir ayrılığı ucbatından ölkənin müstəqilliyi barədə referendum təyin etmək şotland millətçiləri üçün problemə çevrilib.

Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR