Ombudsman Aparatında BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Ombudsman Aparatında BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib
# 17 may 2016 15:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatında BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvləri, Setonci Roland Adjovinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Ombudsmanının nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun müxtəlif qurumları ilə insan hüquqları sahəsində səmərəli əməkdaşlıq etdiyini, bu istiqamətdə işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb.

Görüşdə Ombudsmanın fəaliyyəti dövründə müxtəlif dövlət qurumları, QHT və KİV-lə əməkdaşlıq əlaqələri, həyata keçirilmiş Twinning, Taiex, Şərq Tərəfdaşlığı proqramları, habelə beynəlxalq əməkdaşlıq çərçivəsində BMT və onun müqavilə qurumları, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), Avropa Şurası, İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiya (APT) ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti fəaliyyətin təkmilləşdirilməsi baxımından əsas müzakirə mövzularından olub.

Görüş çərçivəsində BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvlərinin sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR