BMT baş katibi: “Minsk razılaşmaları tam yerinə yetirilməlidir”

BMT baş katibi: “Minsk razılaşmaları tam yerinə yetirilməlidir”
# 19 sentyabr 2016 01:22 (UTC +04:00)

Bakı-APA. Minsk razılaşmaları tam yerinə yetirilməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibi Pan Gi Mun bəyan edib.

Baş katib bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa komissiyası sədrinin birinci müavini Frans Timmermans ilə görüşdə bildirib.

"Baş katib Pan Gi Mun Ukraynanın şərqində münaqişənin sülh yolu ilə həllini təmin etmək Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb", - BMT baş katibinin mətbuat xidmətinin yaydığı açıqlamada vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR