Məhkəmə “Azərsu” ASC-ni cərimələyib

Məhkəmə “Azərsu” ASC-ni cərimələyib
# 09 mart 2016 08:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Məhkəmə “Azərsu” ASC-ni cərimələyib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qərarı ilə “Azərsu” ASC İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 min manat miqdarında cərimə edilib.

Həmin qərarla razılaşmayan ASC-nin hüquq departamentinin rəisi Faiq Kazımov isə apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR