Nazranda antiterror əməliyyatı rejimi tətbiq edilib

Nazranda antiterror əməliyyatı rejimi tətbiq edilib
# 07 oktyabr 2016 04:26 (UTC +04:00)

Bakı-APA. İnquşetiyanın Nazran şəhərinin bir hissəsində və Qazıyurt kəndində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İnquşetiya üzrə İdarəsinin əməliyyat qərargahından bildirilib.

Qərargah vəziyyətin nəzarətdə olduğunu bildirərək, vətəndaşlardan sakitliyi qorumağa, kütləvi iğtişaşlara çaxnaşmaya, hüquq-mühafizə orqanlarının hərəkətlərinə müdaxilə hallarına yol verməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR