Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsində tədbir keçirilib

Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsində tədbir keçirilib
# 22 sentyabr 2016 15:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.

İşçi Qrupundan APA-ya verilən məlumata görə, İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzinin əməkdaşları tədbirdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar barədə məlumat veriblər.

İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tədbir çərçivəsində iştirakçılara paylanılıb. Bundan əlavə, xidməti istifadə üçün maarifləndirici materialların elektron variantının yer aldığı disk də müəssisə rəhbərliyinə təqdim edilib. Sonda bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR