ABŞ Ədliyyə Nazirliyi Cənubi Karolinada 9 nəfərin qətlini terror aktı adlandırıb

ABŞ Ədliyyə Nazirliyi Cənubi Karolinada 9 nəfərin qətlini terror aktı adlandırıb
# 20 iyun 2015 02:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Çarlston şəhərinin kilsəsində törədilmiş qətliam terror aktı adlandırılıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, cinayət işi Cinayət Məcəlləsinin irqi nifrət zəminində törədilmiş cinayət və daxili terrorizm məqalələri üzrə başlanıb.

Qeyd edək ki, iyunun 17-də naməlum silahlı şəxs kilsəyə daxil olaraq atəş açmağa başlayıb. Nəticədə 9 nəfər – 3 kişi və 9 qadın ölüb. Ölənlərin hamısı qaradərilidir. Hadisəni törətməkdə şübhəli bilinən ağdərili 21 yaşlı Dilan Ruf saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR