Tacikistan müdafiə nazirinin sabiq müavininin 14 silahdaşı tutulub

Tacikistan müdafiə nazirinin sabiq müavininin 14 silahdaşı tutulub
# 07 sentyabr 2015 13:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Əməliyyat Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, baş prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Hadisə yerindən silah, döyüş sursatları götürülüb.

Qeyd edək ki, sentyabrın 4-də Tacikistanın Vəhdət şəhərində Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak ölüb.

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hadisələr zamanı 9 silahlı dəstə üzvünün öldürüldüyü qeyd olunur.

Hakimiyyət rəsmiləri Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodaya sadiq qüvvələr tərəfindən həyata keçirildiyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR