Meksikada fişəng bazarında partlayış nəticəsində 26 nəfər ölüb - YENİLƏNİB

Meksikada fişəng bazarında partlayış nəticəsində 26 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2016 02:17 (UTC +04:00)

Mexiko ştatının prokuroru Alexandro Qomes Tultepek şəhərindəki fişəng bazarında baş vermiş partlayış nəticəsində 26 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 70-dək insan xəsarət alıb, onlar hadisə yerindən hərbi təyyarələrlə təxliyə ediliblər.

“Vanguardia” portalı hadisə nəticəsində 100-dək insanın itkin düşdüyünü bildirir.

Meksika prezidenti Enrike Penya Nyeto ölən adamların yaxınlarına başsağlığı verib.

Məlumata görə, mağazalardan birində baş verən partlayış və yanğın qısa zamanda bazardakı 300 ticarət obyektindən 290-nu məhv edib. Partlayışlar yerli sakinlər arasında çaxnaşmaya səbəb olub.

***** 03.57

Meksikanın Tultepek şəhərində fişəng istehsalı zavodunda partlayış nəticəsində azı 16 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Yanğından Mühafizə Xidmətinin məlumatında bildirilib.

Güclü partlayış yerli vaxtla günorta saatlarında baş verib. Yanğının söndürülməsinə qonşu şəhərlərdən də yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə yerinə ordu qüvvələri də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR