Qusarda yaşayış evində baş verən yanğında bir nəfər xəsarət alıb

Qusarda yaşayış evində baş verən yanğında bir nəfər xəsarət alıb
# 05 sentyabr 2014 10:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qusarda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də saat 18:00 radələrində Qusar rayonunun Bədişqala kənd sakini Camaləddin Məmmədova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR