“ABB-Moskva”nın Sankt-Peterburq filialının depozit portfeli kəskin artıb

 “ABB-Moskva”nın Sankt-Peterburq filialının depozit portfeli kəskin artıb
# 08 avqust 2014 10:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan “ABB-Moskva”nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 19,8% artaraq 2014-ci ilin I yarımilliyin sonuna 5,4 mlrd. rubla çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat rübünün sonuna filialın kredit portfeli 3.9 mlrd. rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,1% çoxdur. Hesabat dövründə faiz gəlirləri, 33,1% artaraq, 73,2 mln. rubl olub.

Filialın depozit portfeli son bir ildə 79,6% artaraq 1.549 mln. rubl təşkil edib. İyulun 1-nə filialın 23 bankomatı və 149 POS-terminalı olub.

Qeyd edək ki, “ABB-Moskva”nın Sankt-Peterburq filialı 2003-cü ildə açılıb. Hazırda filialın şəhərdə 3 tam funksiyalı ofisi fəaliyyət göstərir. Bu ilin sentyabrında Sankt-Peterburqun Nevski rayonunda daha bir ofisin açılışı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR