Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu genişləndirilib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər qurumun strukturuna daxil edilib.