Bank Of Baku

Abdelmacid Tebbun: Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun

© APA | Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun

# 27 dekabr 2024 19:51 (UTC +04:00)

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri.

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.

Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR