Serbiya-Bolqarıstan interkonnektoru Avropa üçün strateji əhəmiyyət daşıyır.
APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan interkonnektorunun açılış mərasimində Avropa İttifaqının Serbiyadakı səfiri Emanuel Giaufret bildirib.
Emanuel Giaufret deyib ki, bu sahədə əməyi olan hər kəsə təşəkkür edir: “Avropa İttifaqı Serbiyaya dəstəyini artırır, Serbiya elektrik enerjisinin qiymətini tənzimləmək, əhalinin həssas qruplarına dəstək üçün 65 milyon avro ayırıb. Bu məbləğ 20 il ərzində Serbiyaya ayrılmış 1 milyard avroluq yardımın bir hissəsidir. Bu, Serbiyanın Avropa İttifaqına üzvlüyə namizəd olduğu üçün ayrılıb ”.