Bank Of Baku

Alar Karis Azərbaycan Prezidentini təbrik edib

Estoniya Respublikasının Prezidenti Alar Karis

© APA | Estoniya Respublikasının Prezidenti Alar Karis

# 30 may 2025 16:51 (UTC +04:00)

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.

Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR