Aleksandar Vuçiç: Azərbaycan Serbiyanın əsl dostudur

Aleksandar Vuçiç

© APA | Aleksandar Vuçiç

# 10 dekabr 2023 15:23 (UTC +04:00)

Serbiya-Bolqarıstan interkonnektoru Serbiya üçün çox vacibdir.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Serbiya Prezidenti deyib ki, bu, qaz tədarükünün diversfikasiyasına imkan verəcək, daha çox alternativlər təqdim edəcək: “Serbiya-Bolqarıstan interkonnektoru Serbiyanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Serbiya-Bolqarıstan interkonnektoru Serbiyaya 7-ə qədər terminaldan sıxlaşdırılmış maye qaz almaq imkanı yaradır. Bura həmçinin Yunanıstanda Aleksandropolisdə tikilən maye qaz terminalı da daxildir. Bu o deməkdir ki, Serbiyanın gələcəkdə enerji təhlükəsizliyi daha möhkəm olacaq. Azərbaycan Serbiyanın əsl dostudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR